EVTA-nı istifadə etdiyiniz üçün təşəkkür edirik!

EVTA-nın məhsulları və xidmətləri EVTA MMC tərəfindən təmin edilir. Bu İstifadə Şərtləri ("Qaydalar") EVTA.az veb saytından, tətbiqindən və digər məhsul və xidmətlərdən ("Xidmətlər") istifadənizi tənzimləyir. Xidmət obyektimiz telefonunuza, planşetinizə və ya digər cihazınıza yüklənmiş bir proqram(və ya sayt) olduğu üçün, bu proqramı avtomatik olaraq yeniləyə biləcəyimizi və bu şərtlərin bu cür yeniləmələrə tətbiq olunacağını qəbul edirsiniz. Zəhmət olmasa bu şərtləri diqqətlə oxuyun və suallarınız varsa bizimlə əlaqə saxlayın. Xidmətlərimizdən istifadə edərək, bu şərtlərə, o cümlədən bu şərtlərdə istinad edilmiş qaydalara riayət edəcəyinizə razılıq verirsiniz.

EVTA-dan istifadə

Xidmətlərimizdən yalnız EVTA-nın istifadə şərtləri ilə tanış olduğunuz və həmin şərtlərdə bütün tətbiq olunan qanunlara bağlılığınızı bildirdiyiniz halda istifadə edə bilərsiniz. EVTA hesabınızı yaratdıqda və sonradan müəyyən parametrlərdən istifadə və ya imtina etdikdə məlumatlarınızın doğruluğundan əmin olmasınız və həmin məlumatları bazamızda saxlamaq üçün razılıq verməlisiniz. Müəyyən xidmətlərdə əlavə tələblər və / və ya məhdudiyyətlər ola biləcəyini əvvəlcədən nəzərinizə çatdırmaq istəyirik.

Yalnız siz

Bu qaydalara və siyasətə (məqbul istifadə siyasəti, şərəf kodu və xüsusi xidmətlərdən istifadə tələbləri və digər şərtlər daxil olmaqla) uyğun olaraq sizə xidmətlərimizdən istifadə üçün məhdud, şəxsi, məxsusi olmayan, köçürülməyən və ləğv edilə bilən lisenziyamızı veririk. EVTA-nın əvvəlcədən yazılmış icazə məhdudiyyətlərini nəzərə alaraq xidmətlərimizdən və onların məzmunundan yalnız şəxsi, qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilərsiniz. Həmçinin siz rəsmi olaraq yalnız bir istifadəçi hesabı yaradacağınıza, daxil olacağınıza və/və ya istifadə edəcəyinizə razılıq verirsiniz. Şəxsi hesabınıza daxil olmaq və ya həmin hesabdan məlumat əldə etmək üçün hər hansısa üçüncü şəxslə/tərəflə öz məlumatlarınızı bölüşməməlisiniz. Xidmətlərimizdən istifadə etmək sizə həmin xidmətlərlə və ya onların məzmunu ilə bağlı hər hansı bir əqli mülkiyyət hüququ vermir.

Geribildirim (Feedback)

Xidmətlərlə bağlı təkliflərinizi, fikirlərinizi, şərhlərinizi və digər rəylərinizi alqışlayırıq. Hər hansı bir geribildirim edərək, bizə heç bir məhdudiyyət və ya heç bir kompensasiya olmadan xidmətlərimizi təkmilləşdirmə imkanı verirsiniz. EVTA sizin geribildirimlərinizi qəbul etdiyi halda belə, öz qaydalarında və işləmə prinsipində hər hansı dəyişiklik, silmə, əlavə etmə qərarlarına malikliyi özündə saxlayır.

Təhlükəsizlik

İstifadəçilərimizin təhlükəsizliyinə əhəmiyyət veririk. Hesabınızın və əlaqəli məlumatların təhlükəsizliyini qorumaq üçün çalışırıq. Lakin, icazəsiz üçüncü tərəflərin bizim tərəfimizdən təyin olunan təhlükəsizlik tədbirlərini pozmayacağına zəmanət verə bilmərik. Adət olunmayan təhlükəsizlik halları ilə qarşılaşdığınız zaman, zəhmət olmazsa, [email protected] elektron poçtuna hesabınızdan hər hansı bir təhlükə və ya icazəsiz istifadə barədə dərhal məlumat verin.

Müəllif hüquqları və ticarət nişanı siyasəti

EVTA istifadəçilərin, qurumların və digər üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarına hörmət edir və xidmətlərimizdən istifadə edərkən onların da bunu etmələrini gözləyir. “Rəqəmsal Minilliyin Müəllif Hüquqları Qanunu”-nu əsas tutaraq, müəllif hüquqları və ticarət nişanı siyasətini tətbiq olunan qanunlara uyğun olaraq qəbul edirik və həyata keçiririk.

Ödəniş siyasəti

EVTA müəyyən məbləğ qarşılığında ödənişli xidmətlər təklif edir. Bütün platformalarda qiymətlər Azərbaycan Manatı (AZN) ilə göstərilir. Siz istifadə etdiyiniz xidmətlərə görə təyin olunmuş məbləği və vergini vaxtı-vaxtında əvvəlcədən quraşdırılmış onlayn və ya fiziki ödəmə sistemləri vasitəsilə ödəmə məsuliyyəti daşıyırsınız. Ödəmə əməliyyatınız uğursuz olarsa və ya 3-cü şəxslərlə bağlı problem aşkarlanarsa, digər ödəmə mexanizmləri vasitəsilə ödənişi həyata keçirə bilərsiniz. Xidmətlərin qiyməti istifadə məkanına və ya digər amillərə əsasən dəyişə bilər. Həmçinin EVTA istədiyi zaman qiymət siyasətini dəyişdirmək hüququnu özündə saxlayır. Hər hansı bir dəyişiklik, ləğv olunma istifadəçiyə məlumat verildikdən dərhal sonra qüvvəyə minəcəkdir.

Xidmətlərimizin dəyişdirilməsi və xitam verilməsi.

Biz daim xidmətlərimizi dəyişirik və təkmilləşdiririk. Mütəmadi olaraq funksiyalar, xüsusiyyətlər və/və ya tələblər əlavə edə, silə bilərik. Xidmətin göstərilməsini tamamilə dayandıra və ya təxirə sala bilərik. Buna görə EVTA sizin hər hansı bir səbəbdən hər hansı bir xidmətdən istifadənizi məhdudlaşdıra bilər. Ödənişli xidmətlərdən istifadənizə xitam verilərsə, Xidmətin qaytarılması siyasətimizə əsasən geri qaytarılma mümkündür. EVTA-nın əməkdaşları, digər qurumlar və təlimatçılar, əmanətçilər, sponsorlar və digər iş ortaqları və işçiləri, podratçılar və digər agentlər ("EVTA tərəfləri") yuxarıda qeyd edilən hadisələrə görə sizin qarşınızda heç bir məsuliyyət daşımır. Xidmətlərimizdən istifadəni istədiyiniz vaxt dayandıra bilərsiniz.

Təzminat ödənişi

Aşağıda qeyd olunan hallar baş verərsə EVTA və tərəfdarları tərəfindən advokat ödənişləri və xərcləri daxil olmaqla, bütün məsuliyyət, xərclər və zərərlərin ödənməsi üçün təzminat ödəməyi, özünüzü müdafiə etməyi və ya zərər verməyə davam etməyi qəbul edirsiniz: - Xidmətlərdən qaydalara riayət etmədən istifadəniz və ya istifadəyə təşəbbüsünüz - 3-cü şəxslərin qayda və qanunlarına sizin riayət etməməniz - Əqli və digər mülkiyyət hüquqlarının pozulması, yanlış yerlərdə istifadəsi, mənimsənilməsi

Dövlət qanunları və hüquq

Xidmətlər Azərbaycan Respublikası, Bakı şəhərində fəaliyyət göstərən EVTA MMC tərəfindən idarə olunur. Bu qaydalarla bağlı hər hansı mübahisənin həlli Azərbaycan Respublikasının qanunları ilə tənzimlənəcəkdir. Digər tələblər xaric olmaqla xidmətlərlə bağlı ödənilməli olan təzminatın toplam dəyəri 10.000 AZN-dən az olduğu təqdirdə, EVTA və qarşı tərəf mübahisəli məsələləri həll etmək üçün məhkəməyə müraciət etməmək hüququna malikdir. Yəni, bu məsələlər EVTA ilə sizin aranızda əvvəlcədən müəyyənləşdirilən mübahisələrin həlli üzrə təminatçı tərəfindən tənzimlənə bilər.

Qaydalarda dəyişikliklər

EVTA istənilən zaman qaydalara dəyişiklik etmə haqqına sahibdir. Edilən hər hansı bir dəyişiklik ictimaiyyətlə paylaşıldıqdan dərhal sonra qüvvəyə minəcəkdir. Ən önəmli dəyişiklikləri sizlərə bildirmək üçün müəyyən addımlar atılacaqdır. Hər iki halda dəyişiklikləri görməniz və ya görməməniz durumlarında xidmətlərdən istifadəyə davam etməniz, qeyd edilən bütün qayda və qanunları qəbul etdiyinizi göstərir.

Tərəfdaş qurumlar

EVTA-nın tərəfdaş qurumları qeyd olunan qayda qanunların 3-cü tərəf qismində leyhdarları hesab olunur və şərtlərlə bağlı olan hökmlər onlar tərəfindən tətbiq edilə bilər.