Xüsusiyyətlər
EVTA (Ev Tapşırığı) mobil tətbiq halında istifadəçilər üçün hazırlanmışdır. Bu tətbiqin bir sıra xüsusiyyətləri mövcuddur.
Rahat video izahlar
Ev tapşırıqları video şəklində rahat bir dil ilə izah olunmuş və izah prosesində əyani vəsaitlərdən geniş istifadə olunmuşdur.
Dərs kitablarına uyğunluğu
Dərsdə keçirilən kitablarda olan bütün tapşırıqların izahı EVTA sistemində mövcuddur.
2 dildə məzmun
İbtidai siniflərdə tədris edilən Riyaziyyat fənni üzrə Azərbaycan və rus dillərində video izahlar mövcuddur.
Təkrar-təkrar izləmə
Şagirdlər və onların valideynləri istədikləri zaman mobil tətbiqə daxil olub istədikəri tapşırıqların izahına təkrar-təkrar baxa bilərlər.
Oyunlaşdırma
Hər video baxdıqca və hər gün sistemdə istifadə olunduqca ballar yığılır.
Videolar
EVTA tətbiqindən istifadə qaydaları və nümunə videolar
Rəylər
Valideynlər və müəllimlər təəssüratlarını bizimlə bölüşürlər.
Əsgər Vəliyev
Valideyn
Qızım dərslərində çox yaxşıdır. Ancaq elə vaxtlar olur ki, xəstələnir və dərsə gedə bilmir. Dərsdə iştirak edə bilmədiyi tapşırıqların həllərinə EVTA-dan baxa bilir.
Roman Süleymanov
Valideyn
Övladımın mobil telefondan istifadəsini məhrum etməmişəm, hardasa gündə 1-2 saat istifadə edir. Bu istifadəni də şərt qoymuşam ki, ev tapşırıqlarının izahı həsr eləsin. Yavaş-yavaş effektini görürəm.
Samirə İsayeva
İbtidai sinif müəllimi
Mən dərsdə əlavə vəsait kimi, şagirdlərə bu videoları da göstərirəm.
Tahir Əliyev
Valideyn
Özüm Azərbaycan dilində təhsil almışam, övladım isə hazırda rus dilində təhsil alır. Ona ev tapşırıqlarının hazırlanmasında daha yaxşı kömək etmək üçün bu sistemdən istifadə edirəm. Həm o öyrənir həm də mən :).
Qiymət
EVTA layihəsindən istifadə etmək bir dəfəlik abunə ola bilərsiniz. Karantin müddətində istifadə ödənişsizdir.
Bir tədris ili üçün istifadə imkanı.
20AZN
- 600-dən artıq video həllər
- Dərs kitablarına uyğun tapşırıqlar
- Rahat və interaktiv izah
- Təkrar-təkrar izləmə
Tez-tez verilən suallar
EVTA layihəsi barəsində tez-tez verilən sual və cavablarla tanış ola bilərsiniz.
-
EVTA layihəsi nədir?
EVTA (Ev Tapşırığı) layihəsi ibtidai siniflərdə (1-4-cü siniflər) təhsil alan şagirdlərin Riyaziyyat fənni üzrə kitablarında yer alan bütün tapşırıqların əyləncəli izahını əhatə edən bir platformadır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiqlədiyi kitablarda olan əksər tapşırıqlar bu platformada mövcuddur.
-
EVTA tətbiqini necə əldə edə bilərəm?
EVTA tətbiqi mobil telefonlarınıza yükləyib istifadə edə bilərsiniz:
-
Tətbiqi istifadə etmək üçün internetə qoşulma vacibdirmi?
Bəli. EVTA tətbiqinindəki videolardan istifadə etmək üçün mobil telefonunuzda internetin olmağı vacibdir.
-
Eyni tətbiqdə bir nəfərdən əlavə uşaq əlavə edə bilərəmmi?
Bəli. Tətbiqə ilkin qeydiyyat zamanı bir övladınızı qeyd edirsiniz. Daha sonra tətbiqin "Ayarlar" bölməsindən digər övladlarınızı da əlavə edə bilərsiniz.
-
EVTA proqramı kimlər üçündür? Valideyn, şagird, yoxsa müəllimlər?
EVTA layihəsi həm valideynlər, həm şagirdlər, həm də müəllimlər tərəfindən sərbəst şəkildə istifadə oluna bilər. Valideynlər tapşırıqların video həllərinə baxıb, övladlarına əlavə izahlar edə bilərlər. Şagirdlər də həmçinin tapşığırı həll etməkdə çətinlik çəkdikləri zaman, bu video həllərə təkrar-təkrar baxıb, düzgün həll yolunu öyrənə bilərlər. Gənc müəllimlər də EVTA layihəsində video həllərdən faydalana bilərlər.
-
Tətbiqlə ilə bağlı problem çıxarsa, hara müraciət etməliyəm?
Bu və ya digər məsələlərlə bağlı 0124099877 nömrəsinə zəng edə bilərsiz. Əlavə olaraq isə [email protected] ünvanına yaza bilərsiz və Facebook, İnstagramda EVTA.AZ səhifələrinə yaza bilərsiniz.
Bizimlə əlaqə
Əlaqə üçün aşağıdakı vasitələrlə müraciət edə bilərsiniz:
Telefon
+99412 409 98 77